MBA-da müntəzəm çempionat bu gecə 4 oyunla davam edib.
Liqanın lideri “Klivlend Kavalers” növbəti qələbəsini qazanıb. Bu dəfə “Bruklin Nets” 109:104 hesabı ilə məğlubiyyətə uğradılıb. Bununla da Klivlend təmsilçisi qələbə seriyasını 15 oyuna çatdırıb. Görüşün ən məhsuldar oyunçusu 30 xal toplayan Qarlend olub.
“Detroyt Pistons” da qalib gəlib. Ötən ilin autsayderi bu dəfə “Vaşinqton Vizards”dan 123:103 hesabı ilə üstün olub. “Nyu-Orlean Pelikans” isə “Los-Anceles Klippers”ə aman verməyib – 127:120.
Ən gərgin qarşılaşma İndianada baş tutub. Pley-off uğrunda mübarizə aparan iki komandanın görüşü 1 xal fərqlə başa çatıb. “Peysers” “Miluoki Baks”a qalib gəlib – 115:114.