Viktor Bonifeysin evliliyi baş tutmayıb. Bu barədə futbolçunun özü məlumat verib.

“Bayer”in hücumçusu norveçli Rikka Ermine ilə evlənməli idi. Lakin bu sevda gerçəkləşməyəcək.

Ayrılığın səbəbi isə maraqlıdır. Qadın Bonifeyslə tanışlığın ilk illərində rəsmi evliliyə qarşı olduğunu bildirmişdi. Ermine boşanma zamanı mülkün bölünməsinə qarşı idi. Bonifeys də Rikkanın bu əqidədə olmasından çox razı idi.

Əslində, Bonifeysin adına heç bir şey yoxdur. Onun bütün var-dövləti anasının adına qeyd edilib. Ayrılıq da məhz bu məsələ ortaya çıxdıqdan sonra baş verib. Rikka məsələdən xəbərdar olan kimi Bonifeyslə əlaqələrə son qoyub.

Qeyd edək ki, cütlük 4 il münasibətdə olub.

Shares: