“Mingəçevir” heyətini gücləndirməkdə davam edir. I Liqa klubu daha bir legioneri düşərgəsinə dəvət edib.
Futbolinfo.az xəbər verir ki, bölgə klubu Fil Dişi Sahilindən olan Donald Ange ilə müqavilə bağlamağa hazırlaşır. 20 yaşlı mərkəz hücumçusu ilə razılaşmanın müddəti və s. detallar bəlli deyil.
Angenin son klubu Moldova I Liqasında çıxış edən “Saksan” olub. Burada 14 oyunda 3 qol vuran hücumçu 2 məhsuldar ötürmə də edib.