Yevlaxda “İdman həftəsi” çərçivəsində cüdo üzrə yeniyetmə və gənclər arasında rayon turniri keçirilib. Yarışda 46 tatami ustası mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd cüdonun rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeniyetmələr arasında rayon yığma komandasına namizəd idmançıların müəyyən olunmasıdır.
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV, YEVLAX