AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilmiş “Sabah” – “Qarabağ” oyunundakı mübahisəli epizodları şərh edib.

Futbolinfo.az xəbər verir ki, mütəxəssis baş hakimin epizodlarda doğru qərar verdiyini təsdiqləyib.

R.Həsənov “Qarabağ”ın qapıçısı Mateuş Koxalskiyə haqlı olaraq qırmızı vərəqə verildiyini bildirib.

Hakimlər Komitəsinin sədri görüşün sonundakı epizodda penalti olmadığını da vurğulayıb.

Xatırladaq ki, qarşılaşma “Sabah”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun baş hakimi Rəvan Həmzəzadə olub.

Shares: