Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdə keçirilən “Skistar Winter Games” beynəlxalq yarışında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, xizəkçi yarışın slalom növündə mübarizə aparıb.

U-14 yaş kateqoriyası üzrə yarışan Ş.Akselsson 4-cü pilləni tutub.

Qeyd edək ki, turnirdə 12 ölkədən 80 idmançı mübarizə aparıb.

Shares: