Milli komandamızın üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Komanda 33-cü turda “Tirana”nın qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Vüsal oyuna start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. O, oyundan çıxdıqdan sonra “Tirana” qələbə qolunu vurub.
“Partizani” 33 turdan sonra 45 xalla 5-ci sıradadır.






