Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.
“Rayo Valyekano” “Strasburq”la ev oyunundan çətin qələbə ilə ayrılıb. Donetsk “Şaxtyor”u isə Polşada “Kristal Pelas”a uduzub.
Raundun cavab görüşləri mayın 7-də baş tutacaq.
Konfrans Liqası
Yarımfinalın ilk oyunları
30 aprel
Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) 1:0
Qol: Alemao, 54.
Şaxtyor (Donetsk, Ukrayna) – Kristal Pelas (İngiltərə) 1:3
Qollar: Oçeretko, 47 – Sarr, 1. Kamada, 58. Larsen, 84.






