Formula 1 üzrə dünya çempionatının 4-cü mərhələsində sıralama turu geridə qalıb. Sprintdə qələbə qazanan “Maklaren” sürücüləri bu dəfə yaxşı nəticə göstərə bilməyiblər. Ən yüksək nəticənin sahibi Kimi Antonelli olub.
“Mersedes”in gənc sürücüsü dövrəni 1 dəqiqə 27,798 saniyəyə qət edib. Cüzi də olsa ona Maks Ferstappen uduzub. “Ferrari”dən Şarl Lekler isə 3-cü olub.
Sprintin qalibi Landa Norris 4-cü yeri tutub. Onun həmyerlisi Corc Rassel isə 5-ci yerdən yarışa start verəcək.
Qeyd edək ki, yarışın təşkilatçıları mühüm qərar qəbul ediblər. Güclü leysan səbəbilə yarışın startı 3 saat əvvələ keçirilib. Mayami qran-prisinə Bakı vaxtilə saat 21:00-da start veriləcək.






