“Real” Madrid argentinalı hücumameylli yarımmüdafiəçi Niko Pası “Komo”dan almaq istəyir. Klub həmçinin futbolçuya əsas komandada şans vermək niyyətindədir. Bu barədə Tanınmış insayder Nikolo Şiranın verdiyi məlumata görə, “Los Blancos” oyunçu üçün 10 milyon avro ödəyəcək.

“Real”ın oyunçuya əsas komandada şans vermək planı həlledici ola bilər. Bu arada, “Komo” Pası daha bir mövsüm komandada saxlamağa ümid edir.

Niko Pas “Real”a 12 yaşında “Tenerife” akademiyasından qoşulub. “Komo” yarımmüdafiəçini 2024-cü ildə 10 milyon avroya geri almaq hüququnu özündə saxlayaraq alıb. “Transfermarkt” oyunçunu 65 milyon avro dəyərində qiymətləndirir.

Shares: