İngiltərə Çempionşipində uğurlu mövsüm keçirən “İpsviç Taun” cəmi bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

Futbolinfo.az xəbər verir ki, klub mövsümü ikinci yerdə başa vuraraq yenidən yüksək diviziona vəsiqə qazanıb.

Qeyd edək ki, 46 turdan sonra 84 xal toplayan “İpsviç Taun” yalnız lider “Koventri Siti”dən (95 xal) geri qalıb və ən yaxın izləyicisi olan “Milluoll”u (83 xal) 1 xal qabaqlayıb.

Xatırladaq ki, komanda 2024/2025-ci illər mövsümündə Premyer Liqada 22 xal toplayaraq elitanı tərk etmişdi.

Shares: