Futbol üzrə Polşa çempionatında 31-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi “Motor” evdə “Lex”lə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, “Motor”un ardıcıl 3-cü yenilgisidir.
Dadaşov da bu matçda iştirak edib. 26 yaşlı forvard 77-ci dəqiqədə meydana buraxılıb.
31 turdan sonra 39 xal toplayan “Motor” turnir cədvəllinin 12-ci pilləsində qərarlaşıb.






