“CBC Sport”a bacarıqlı, səriştəli bir rəhbər qoymağın vaxtı çoxdan çatıb. Aşkar görünür ki, Volkan Üst bu yükü daşıya bilmir. Bəlkə də özü bilərəkdən bu təxribatları sıralayır ki, keçmiş ağalarına rəhmət oxutdursun.

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” matçının ilk yarısı yarılanmaq üzrədir. Amma matç hələ də canlı yayımlanmır. Səbəb texniki problemlərdir – rəsmən açıqlanmır, biz stadiondakı əməkdaşımızdan belə olduğunu öyrənmişik.

Sözügedən telekanal həftəiçi Çempionlar Liqasının yarımfinal oyununu efirə gətirə bilmədi. Həmin matçın Münhendə keçirildiyini, siqnal qəbul etməyin problemə çevrildiyini haradasa anlayışla qarşılamaq olar. Amma Sumqayıtdakı oyunu efirə gətirə bilmirlərsə, bütün rəhbər heyətinin istefa verməsi lazımdır. Vermirlərsə… göndərilməlidirlər.

Shares: