MBA-da pley-off seriyasının növbəti iki oyunu keçirilib.

Şərq konfransında “Kavalers” Klivlenddə keçirilən qarşılaşmada “Detroyt Pistons”a qalib gəlib – 112:103. Bununla da, seriyada ümumi hesab bərabərləşib.

Görüşdə ən çox xalı meydan sahiblərinin ulduzu Donovan Mitçel toplayıb. Onun aktivində 43 xal var.

Digər oyun Qərb konfransında baş tutub. Los-Ancelesdə “Leykers” “Oklahoma Siti Tanders”i qəbul edib. İlk 3 perioddan sonra öndə olan meydan sahibləri sona yaxın üstünlüyü əldən veriblər. Nəticədə qonaqlar qalib gələrək seriyanı bitirməyə müvəffəq olublar – 115:110.

Qeyd edək ki, “Leykers”in ulduzu Lebron Ceyms üçün bu, karyerasında 2000-ci oyun olub.

Shares: