Formula 1-in keçmiş baş direktoru Berni Ekklstoun çempionatda liderlik edən Andrea Kimi Antonelli ilə kimin rəqabət apara biləcəyi ilə bağlı fikirlərini bölüşüb. 95 yaşlı ingilisin sözlərinə görə, titul uğrunda mübarizə italyan sürücü ilə “Red Bull” pilotu Maks Ferstappen arasındakı duellə başa çatacaq.
“Ya Antonelli, ya da Ferstappen bu il çempion olacaq! “Red Bull” böhranını aradan qaldırmış kimi görünür. Maksın ruhu geri qayıdıb və bu baş verdikdə, o, rəqibləri üçün həqiqətən təhlükəli olur”, – deyə “Autoracing1”ə müsahibəsində Ekklstoun qeyd edib.
Ferstappen pilotların sıralamasında 26 xalla 7-ci yerdədir. Andrea Kimi Antonelli isə 100 xalla liderlik edir.





