İngiltərədə Premyer Liqaya vəsiqə uğrunda mübarizə davam edir.

Çempionşipdə 3-6-cı yerləri tutan komandalar arasında pley-offun ilk qalibi məlumdur. “Hall Siti” komandası dünən Londonda keçirilən oyunda “Milluol”a 2:0 hesabı ilə qalib gəlib.

Acun İlicalının sahibi olduğu komandanın rəqibi isə bu gün bilinəcək. İlk oyunda 0:0 edən “Sauthempton”la “Midlsbro” qarşılaşacaq. Məhz bu cütün qalibi ilə “Hall Siti”nin oyunundan sonra Premyer Liqaya sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.

Xatırladaq ki, “Koventri” ilə “İpsviç” ilk iki yeri tutaraq birbaşa vəsiqə əldə edib.

Shares: