Fransa Liqa 1-də 2025/26 mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.

Amma “Nant” – “Tuluza” görüşü azarkeşlər arasındakı iğtişaşlar səbəbindən yarıda qalıb.

“Lill” evdə “Oser”ə, “Loryan” “Havr”a, Lion “Olimpik”i “Lans”a məğlub olubsa, Marsel “Olimpik”i “Renn”ə, “Paris” çempion PSJ-yə, “Strasburq” “Monako”ya qalib gəlib.

PSJ mövsümü 76 xalla zirvədə tamamlayıb. “Lans” 70 xalla gümüş, “Lill” 61 xalla bürünc medal qazanıb. Bu üç komanda ilə yanaşı, 60 xalla 4-cü olan Lion “Olimpik”i növbəti mövsümdə Fransanı UEFA Çempionlar Liqasında təmsil edəcək. 59 xala malik Marsel “Olimpik”i Avropa Liqasına, eyni xalı olan “Renn” isə Konfrans Liqasına vəsiqə qazanıb

“Mets” (17 xal) və “Nant” (23) Liqa 1-i tərk ediblər. 32 xalla 16-cı olmuş “Nitsa”nı isə elitada qalmaq üçün pley-off görüşləri gözləyir.

Fransa Liqa 1
34-cü tur

17 may

Brest – Anje 1:1
Qollar: Del Kastilyo, 55 – Sbay, 60.

Lill – Oser 0:2
Qollar: Sinayoko, 32; 90.

Loryan – Havr 0:2
Qollar: Faye, 33-öz qapısına. Sumare, 62.

Olimpik (Lion) – Lans 0:4
Qollar: Said, 20; 32. Sotoka, 45+1. Toven, 53.

Olimpik (Marsel) – Renn 3:1
Qollar: Höybyerq, 2. Quiri, 10. Obameyanq, 55 – Lepaul, 84.

Nant – Tuluza matçı yarıda qalıb

Nitsa – Mets 0:0

Paris – PSJ 2:1
Qollar: Qori, 76; 90+4 – Barkola, 50.

Strasburq – Monako 5:4
Qollar: Qodo, 34; 84. Moreyra, 58. Nanasi, 61; 74 – Kamara, 10; 42. Fati, 45+2. Dukure, 55-öz qapısına.

Shares: