Misli Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Şamaxı” evdə “Turan Tovuz”la qarşılaşacaq. Oyunu Rəvan Həmzəzadə idarə edəcək.
“Qarabağ” isə “İmişli”ni qəbul edəcək. Qarşılaşmanın baş hakimi Emin Əliyev olacaq.
Hər iki oyuna eyni saatda start veriləcək.
Daha öncə “Karvan-Yevlax” “Qəbələ”yə uduzub (1:2), “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib (2:0). “Zirə” – “Sumqayıt” və “Sabah” – “Neftçi” oyunları sabah keçiriləcək.
Misli Premyer Liqası
32-ci tur
16 may
“Şamaxı” – “Turan Tovuz” 0:0 (1-ci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev.
Şamaxı şəhər stadionu.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.
Turan Tovuz: 41. Sergey Samok, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 19. Roberto Olabe, 8. David Tavares, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdıyev.
17:00. “Qarabağ” – “İmişli” 0:0 (1-ci hissə)
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Rəhman İmami, Nicat İsmayıllı.
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 99. Mateus Koxalski, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 32. Hikmət Cəbrayılzadə, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
İmişli: 1. Hüseynəli Quliyev, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 11. Vüsal Qənbərov, 94. Rafael Vyeqas, 29. Edvin Banqera, 79. Dioqo Kardozo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 90. Riad Abbaszadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 6. Yav Mozes.
Baş məşqçi: Xorxe Kaskilya.





