Tanınmış jurnalist və insayder Fabrizio Romanonun sosial media hesabında verdiyi məlumata görə, “Çelsi” rəhbərliyi “Real”ın keçmiş məşqçisi Xabi Alonso ilə görüş keçirib. Təyinatla bağlı yekun qərarın tezliklə veriləcəyi gözlənilir.
Klub yeni baş məşqçi axtarışı üzərində fəal şəkildə işləyir və adı mundialdan əvvəl açıqlamağı planlaşdırır. Alonsodan əlavə, potensial namizədlər siyahısında “Bornmut”un məşqçisi Andoni İraola, Oliver Qlasner (“Kristal Pelas”) və Marko Silva (“Fulhem”) da var.
Alonsonun məşqçi kimi son klubu “Real” olub. O, komandaya 2025-ci ilin iyunundan 2026-cı ilin 12 yanvarına qədər rəhbərlik edib. Alonso Madrid karyerası ərzində 28 oyuda 20 qələbə qazanıb, 3 heç-heçə edib və 5 dəfə məğlub olub.






