“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verəcək. Komanda iki görüş keçirəcək.
“Ağ-qaralar” əvvəlcə Taylandla üz-üzə gələcək. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci görüşdə Niderlandın “Amsterdam” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.






