Bu gün Misli Premyer Liqasında 32-ci tur çərçivəsində “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb:

“Qarşımıza qoyulan minimum hədəfə çatdığımız üçün bu gün rotasiyalar etdik. “Araz-Naxçıvan”ı təbrik edirəm, onlara uğurlar arzulayıram.

Hər oyunda motivasiyamız var. Sadəcə olaraq bu gün mövsüm ərzində az oynayan futbolçulara şans verdik. Motivasiya vermək çətin olmayacaq. Düşünürəm ki, oyunçular “Neftçi” ilə matça yaxşı köklənəcəklər. Azarkeşlərimizin qarşısında yaxşı oyun göstərəcəyimizi düşünürəm.

Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır. Hər birinə böyük hörmətim var. Hər şeyi zaman göstərəcək. İldən-ilə futbolçular üçün şey daha yaxşı olmalıdır ki, nəticələr də yaxşı olsun”.

Shares: