“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesablı qələbə barədə bunları söyləyib:
“Qələbə münasibəti ilə bütün heyət üzvlərini təbrik edirəm. Layiqli qələbə qazandıq. Komandam istədiyim futbolu oynadı. Məşqdə məhz bunun üzərində işləyirdik. Bu gün rəqibimizi səhv etməyə, oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq.
Avrokuboklara vəsiqə baxımından çox pis mövsüm keçirdik. Ancaq hər bir oyun futbolçular üçün şansdır. Sona qədər mübarizə aparmalı, verilən şanslardan istifadə etməliyik”.






