Milli Basketbol Assosasiyasında pley-offun iki oyunu keçirilib.
Qərb konfransında ikinci finalçı da müəyyənləşib. Minnesotada keçirilən 6-cı oyunda “San Antonio Spörs” qələbə qazanaraq (139:109) seriyanı bitirib – 4:2.
Stefan Kasl 32 xal və 11 ribaundla dabl-dabl edib. Meydan sahiblərində isə Entoni Edvards 24 xal toplayıb. Konfrans finalına yüksələn “Spörs” son çempion “Oklahoma Siti Tanders”lə qarşılaşacaq.
Digər konfransda isə ikinci final 7-ci oyunda məlum olacaq. Klivlenddə keçirilən 6-cı qarşılaşmada “Pistons” 115:94 hesabı ilə qalib gələrək tarazlığı bərpa edib.
“Kavalers”də Ceyms Harden 23 xalla oynayıb. Qonaqların ulduzu Kanningemin aktivində isə 21 xal var. Seriyanın həlledici oyunu Detroytda keçiriləcək.






