“Borussiya” hücumçu Samuele İnasionun müqaviləsinin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.

İtaliya U-19 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi sözləşmə imzalanıb.

İnasio 2024-cü ilin yayında “Borussiya”nın akademiyasına qoşulub. 18 yaşlı futbolçu bu mövsüm Bundesliqada 6 oyuna çıxıb və 1 qol vurub.

Shares: