“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Bruno Franko yayda Azərbaycanı tərk edə bilər.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, hazırda iki klub 27 yaşlı müdafiəçini heyətinə qatmaq üçün onun nümayəndələri ilə təmasa keçib.
Bunlardan biri İsrailin “Hapoel” (Tel-Əviv) klubudur. Çempionatın bitməsinə 2 tur qalmış 59 xalla 4-cü sırada yer alan Premyer Liqa təmsilçisi UEFA Konfrans Liqasına vəsiqə qazanmağa əsas namizədlərdən biridir.
Frankoya maraq göstərən digər klub isə Türkiyə 1-ci Liqası təmsilçisi “Iğdırspor”dur. Sözügedən klub 2025/2026 mövsümünü 50 xalla turnir cədvəlinin 13-cü pilləsində başa vurub.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Bruno Franko 2025-ci ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. Naxçıvan təmsilçisinin müqaviləni daha bir mövsüm uzatmaq üçün opsiyası var.






