“Liverpul” Arne Slotun rəhbərliyi altında tarixinin antirekorduna imza atıb.
Futbolinfo.az xəbər verir ki, komanda İngiltərə Premyer Liqasının 37-ci turunda “Aston Villa”ya 2:4 hesabı ilə məğlub olub.
Bu, “Liverpul”un cari mövsümdə bütün yarışlarda 20-ci məğlubiyyətidir. Beləliklə, Slot klub tarixində 20 və ya daha çox matçda uduzan ilk mütəxəssis olub. Bu sıralamada ən pis nəticə üzrə əvvəlki rekord həm 2004/05, həm də 2009/10 mövsümlərində “Liverpul”la 19 matçda məğlub olan ispan məşqçi Rafael Benitezə məxsus idi .
Ümumilikdə, “Liverpul” cari mövsümdə Premyer Liqada 12, Çempionlar Liqasında 5, FA Kuboku, İngiltərə Liqa Kubokunda 1 dəfə yenilənib.






