Argentina millisinin və “Bornmut”un müdafiəçisi Markos Senesi karyerasını “Tottenhem”də davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu London klubuna azad agent kimi keçəcək və tərəflər müddəti 4 il olan müqavilə imzalayacaq.
Daha əvvəl onun xidmətində “Mançester Yunayted” və “Çelsi”nin də maraqlı olduğu bildirilirdi.
Argentinalı müdafiəçi son mövsümdə Premyer Liqada 37 oyunda meydana çıxıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.






