“Red Bull”un pilotu Maks Ferstappen Formula-1-in növbəti üç mərhələsində — Avstriya, Belçika və Macarıstanda “Narıncı şir” adlı xüsusi dizaynlı dəbilqədən istifadə edəcək. Böyük Britaniya Qran-prisində isə Ferstappenin 2026-cı il mövsümü üçün nəzərdə tutulmuş adi dəbilqəsi ilə çıxış edəcəyi gözlənilir.
“Karyeram boyu məni dəstəkləyən azarkeşlərə ehtiram əlaməti olaraq Avstriya, Belçika və Macarıstan yarışlarında “Narıncı şir” dəbilqəsini daşıyacam”, — deyə Ferstappenin rəsmi saytı onun sözlərini sitat gətirir.
Niderlandlı pilotun aktivində “Red Bull Rinq” trasında beş qələbə var. 2026-cı il mövsümünün yeddi mərhələsindən sonra Ferstappen 55 xalla fərdi sıralamada yeddinci pillədə qərarlaşıb.






