FIFA Şurası Bürosu Azərbaycanın FIFA U-15 dünya kuboku və 2026-cı il futbol Festivallna ev sahibi seçildiyini açıqlayıb. Məlumatı qurumun saytı yayıb.
Qərar FIFA Şurasının ötən ilin dekabrında 15 yaşadək oğlan və qız futbolçular arasında yeni turnirin yaradılmasını təsdiqləməsindən sonra qəbul olunub.
İlk yarış 2026-cı ildə yalnız oğlan komandalarının iştirakı ilə keçiriləcək. 2027-ci ildə isə turnirdə yalnız qızlardan ibarət komandalar mübarizə aparacaq. 2028-ci ildən FIFA-ya üzv bütün assosiasiyalar həm oğlan, həm də qızlardan ibarət U-15 yığmaları ilə iki ayrı yarışda iştirak edə biləcəklər.
FIFA Azərbaycanın ev sahibi seçilməsini ölkənin yüksək səviyyəli idman və ümumi infrastruktur imkanları ilə əsaslandırıb. Bildirilib ki, Azərbaycan minlərlə uşaq futbolçunu və müşayiətçi heyəti mərkəzləşdirilmiş şəkildə qəbul etmək imkanına malikdir. Qərarın verilməsində Azərbaycanın U-20 dünya çempionatına ev sahibliyi etməsi də rol oynayıb.
FIFA U-15 dünya çempionatı və Festival turniri 22-31 oktyabr 2026-cı il tarixlərində keçiriləcək.






