“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı proqnozunu açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “CBC Sport” kanalına müsahibəsində bunları qeyd edib:

“Azarkeşlik etdiyim komandanın dünya çempionu olmasını çox istəyirəm və bu titulu İspaniyanın qazanacağını gözləyirəm. Əlbəttə, Fransa, Almaniya və İngiltərə kimi digər favoritlər də var ki, onlar dünya çempionatına fərqli yanaşırlar. Bu barədə qəti bir fikir söyləmək mənim üçün çətindir, lakin hər bir halda mən yenə də İspaniyanın üzərində qalıram.

​Mundialın sürpriz komandası olacaq kollektiv barədə geniş düşünməmişəm, amma ABŞ millisi bir az fərqli futbol nümayiş etdirir. Ümumiyyətlə, bu dünya çempionatını az izləyirəm. Çünki qarşılaşmalar elə saatlarda keçirilir ki, bəzən oyunları sona qədər izləməyə vaxtım çatmır. Amma ümumi mənzərəyə baxdıqda, sanki ABŞ fərqli bir futbol oynayır.

​Mundialın bombardirinə gəlincə, bu adın sahibi Harri Keyn, yaxud Lionel Messi ola bilər”.

Shares: