İngiltərə yığması DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə oyunda (0:0) maraqlı rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, bu haqda “Opta” məlumat yayıb.
İngilislər topa sahibolma göstəricisində dünya çempionatları tarixinə düşüblər. Belə ki, komanda qarşılaşmada topa 78,8 faiz nəzarət edib. Lakin İngiltərə yığması topu qapıdan keçirə bilməyib.
Bu, 1966-cı ildən bəri dünya çempionatlarında qol vura bilməyən komandalar arasında qeydə alınan ən yüksək topa sahibolma göstəricisidir.
Buna baxmayaraq, İngiltərə millisi oyunda hesabı aça bilməyib və meydanı heç-heçə ilə tərk edib.
Qeyd edək ki, İngiltərə yığması növbəti matçını iyunun 27-də Panama millisinə qarşı keçirəcək.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunur. Turnir iyulun 19-da başa çatacaq.






