Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin 3-cü turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq.

Futbolinfo.az Seneqal yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, zədəsinin xarakterinin müəyyənləşdirilməsi üçün əlavə tibbi müayinədən keçəcək.

34 yaşlı qapıçı Norveçlə matçda (2:3) sol dizindən zədə alaraq 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Afrika təmsilçisinin İraqla oyunu iyunun 26-da baş tutacaq.

Shares: