İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingem yığmanın tarixində yeni rekord müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, bu haqda “Opta” məlumat yayıb.

22 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Qana ilə keçirilən oyunda (0:0) start heyətində meydana çıxıb. O, İngiltərə millisində 50-ci matçını keçirib.

Beləliklə, Bellingem yığma tarixində 50 oyun həddinəçatan ən gənc futbolçu olub – 22 yaş 359 gün. O, Ueyn Runiyə məxsus olan rekordu yeniləyib. Runi 23 yaş 159 günlüyündə İngiltərə millisində 50 oyun həddinə çatmışdı.

Qeyd edək ki, İngiltərə yığması növbəti görüşünü iyunun 27-də Panama millisinə qarşı keçirəcək.

Shares: