PAOK futbolçusu Deyan Lovrenlə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Lovren 2024-cü ilin sentyabrından PAOK-da çıxış edirdi.

Xorvatiya millisinin sabiq üzvü daha əvvəl “Liverpul”, “Olimpik” (Lion), “Zenit” klublarda çıxış edib.

Shares: