Azərbaycanı Çexiyanın paytaxtı Praqada böyüklər arasında keçiriləcək Avropa Açıq Turnirində 5 çəki dərəcəsində 15 kişi cüdoçu təmsil edəcək.
Futbolinfo.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.
60 kq
Murad Əliyev
Babarəhim Mirzəyev
66 kq
İslam Rəhimov
Nazir Talıbov
Hüseyn Allahyarov
Yaşar Nəcəfov
Rəşad Yelkiyev
Elşən Əsədov
73 kq
İbrahim Əliyev
Kamran Süleymanov
Rüfət Şövlətov
Nəriman Mirzəyev
90 kq
Xəyyam Əliyev
100 kq
Elmar Qasımov
Əjdər Bağırov
İyunun 27–28-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.






