Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines dünya çempionatlarında qazanılan qələbələrin sayına görə ispanyalı mütəxəssislər arasında yeni rekorda imza atıb.
Futbolinfo.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya millisinin DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Özbəkistan üzərində qazandığı qələbə (5:0) R.Martines üçün dünya çempionatlarında 8-ci zəfər olub.
Təcrübəli mütəxəssis bu göstərici ilə turnirdə 7 qələbəsi olan Visente del Boskeni geridə qoyaraq vahid rekordçu statusuna yiyələnib.
Martines 2023-cü ildən Portuqaliya komandasını çalışdırır.






