“Qarabağ” daha bir legioneri ilə yollarını ayırıb.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu dəfə aparıcı futbolçu Leandro Andrade ağdamlıları tərk edib. 26 yaşlı vingerin Ukraynanın “Polissye” klubuna transferi, nəhayət ki, həyata keçib.
Ukraynalılar həm Kabo-Verde millisinin üzvünün özü, həm də ağdamlılarla maliyyə məsələlərində anlaşıblar. “Qarabağ”ın bu transferdən təxminən 4 milyon avroluq gəlir götürməsi proqnozlaşdırılır.
Andrade artıq Azərbaycan klubu ilə vidalaşıb və tezliklə “Polissye”yə keçidi rəsmən açıqlanacaq.
Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”da çıxış edib.






