“Araz-Naxçıvan” heyətində köklü islahatlar aparmaqda davam edir.
Futbolinfo.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi daha bir aparıcı futbolçusu ilə yollarını ayırır. Belə ki, yarımmüdafiəçi Patrik Andrade də Naxçıvan təmsilçisini tərk edəcək. Kabo-Verde millisinin üzvünün başa çatan müqaviləsi hələ ki, yenilənməyib.
Buna səbəb 33 yaşlı orta sahə oyunçusunun yüksək ödəniş almasıdır. Növbəti mövsüm üçün büdcəsi azaldılan “Araz-Naxçıvan” Andradenin tələblərini qarşılaya bilməyib. Amma Patrik müqavilədəki “+1 il” bəndinə görə klubdan pul istəyir.
Qeyd edək ki, daha əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala da “Araz-Naxçıvan”la vidalaşıblar. Rəhbərlik baş məşqçi postuna Cavid Hüseynovu gətirib.






