Futbol üzrə dünya çempionatında daha bir qrupda mübarizə sona çatıb.

H qrupunun III tur matçında Kabo Verde  Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hyuston stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb. Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.

Digər matçda İspaniya Uruqvayı məğlub edərək qrup lideri olub. Qvadalxara stadionunda keçirilən görüşdə Avropa təmsilçisi 42-ci dəqiqədə Aleks Baenanın vurduğu tək qola sevinib.

Bu nəticələrdən sonra Uruqvay və Səudiyyə Ərəbistanı üçün mundial başa çatıb.

CvqPw7Z7pR2QqobymvINAUCOCkTWvXVJmNyhUDTG 1200 - Futbolinfo.az
Shares: