MBA-nın himayəsi altında keçiriləcək və startı 2027-ci ilin oktyabrına planlaşdırılan yeni Avropa liqasında iştirak üçün müraciətlərin qəbulu başa çatıb. Potensial investorlar layihənin bütün 12 baza şəhəri — Afina, Barselona, Berlin, İstanbul, London, Lion, Madrid, Mançester, Milan, Münhen, Paris və Roma üçün sifarişlərini təqdim ediblər.
Təklif olunan məbləğlər 500 milyondan 1 milyard dollara qədər dəyişir. Bu barədə MBA komissarının müavini Mark Teytum məlumat verib.
«Daimi klublar üçün müraciətlərin yekun mərhələsindən çox məmnunuq. Bu, Avropa basketbolu tarixində ən böyük kapital axını olacaq. Mövcud basketbol və futbol təşkilatları da daxil olmaqla, hər 12 şəhərin hamısında favoritlərimiz var. Uzunmüddətli müqavilələri rəsmiləşdirmək üçün MBA və FİBA ilə birlikdə fəaliyyətə başlayırıq», — deyə Teytum qeyd edib.
