İngiltərənin “Çelsi” klubu İtaliyanın “Atalanta” komandasından müdafiəçi Marko Palestranı transfer edib.
Futbolinfo.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 2033-cü ilə qədərdir.
Ötən mövsüm İtaliya A Seriyasında ilin müdafiəçisi seçilən 21 yaşlı futbolçu yeni komandasına hazırlıq dövründə qoşulacaq.
Palestra 2025/2026 mövsümünü icarə əsasında İtaliyanın “Kalyari” klubunda keçirib. O, İtaliya çempionatında 37 oyunda meydana çıxıb. Gənc oyunçu cari ildə İtaliya millisində debüt edib və 2 oyuna çıxıb.
