Riyad Mahrez azad agentə çevrildi. “Əl-Əhli” ilə müqaviləsi başa çatan yarımmüdafiəçi yeni müqavilə imzalamaqdan boyun qaçırınca yeni təkliflər üçün gözləmə mövqeyindədir.
Futbolinfo.az xəbər verir ki, 35 yaşlı əlcəzairli 3 ildir Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edirdi. “Mançester Siti”dən 35 milyon avroya alınan oyunçu daha ddialı klubda oynamaq istəyir. Mahrezlə bəzi Avropa, xüsusilə Türkiyə klubları maraqlanır.
Riyad karyerasını bitirməyi düşünmür. O, DÇ-2026-da mübarizəni dayandıran Əlcəzair millisindəki çıxışını başa vurduğunu dünən açıqlayıb. Mahrez bundan sonra bütün diqqətini klub karyerasına yönəltmək niyyətindədir.
