“Sabah” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, turnirin 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasına rəqib olan paytaxt klubu Bakıdakı görüşdə 2:0 hesablı qələbəyə sevinmişdi.

Azərbaycan çempionu bu uğurun davamını səfər matçında da gətirməklə mərhələ adlamağa çalışacaq. Oyunu ispaniyalı hakimlər idarə edəcəklər.

Bu cütün qalibi növbəti mərhələdə “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

14 iyul

TNS – Sabah 0:0 (1-ci hissə)
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya).
Osvestri. “Park Holl”.

TNS: 1 Şeppard, 14 Uilyams, 16 Simeu, 6 Bodenhem, 10 Redmond (k), 21 Smit, 4 Korness, 15 Farrell, 8 Brobbel, 17 C. Uilyams, 20 Hyuz.
Ehtiyat oyunçular: 44 Cenkins, 7 Barton, 12 Qodsmark-Ford, 19 Klark, 22 D. Devis, 23 Nolan, 24 Nadin, 26 Fillips, 27 Kanavan, 31 Vullem, 34 Lok, 37 Ceffris.
Baş məşqçi: Kreyq Harrison.
Sabah: 92 Stas Pokatilov (k), 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 33 Erivaldo Almeyda, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 19  Aron Maluda, 20 Coy Lens Mikels, 21 Velko Simiç.
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 11 Parris, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.

Shares: