İngiltərənin “Aston Villa” klubu “Çelsi”nin cinah hücumçusu Alexandro Qarnaçonun transferini rəsmən açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda 22 yaşlı argentinalı futbolçunu 2026/2027 mövsümünün sonunadək icarəyə götürüb.

Alexandro Qarnaço 2025/2026 mövsümündə “Çelsi”nin heyətində keçirdiyi 43 oyunda 8 qola imza atıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Shares: