ÇSKA-nın baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan danışıb.

Futbolinfo.az xəbər verir ki, bolqarıstanlı məşqçi 0:0 hesablı heç-heçəni belə şərh edib:

“Bizim üçün çox vacib qarşılaşma idi və oyunçularımız yaxşı performans göstərdilər. Onlar hər biri çox motivasiyalı idilər və qələbə qazanıb ailələrini sevindirmək üçün oynayırdılar.

Hər komandaya öz hörmətim var. Hər zaman hər şey planladığımız kimi olmur. Çox istəkliyik və məqsədimiz qələbə qazanmaq, mərhələ adlamaqdır.

Hər oyuna fərdi yanaşırıq. Bu qarşılaşmada da bəzi oyunçularda problemlər var idi və çox risqə getmək istəmədik. Növbəti oyuna daha yaxşı hazırlaşacağıq, qələbə üçün hər şeyi edəcəyik.

“Qarabağ” çox güclü klubdur və bunu hər kəs bilir. Oyunçuları çox güclüdür və buna görə də vəziyyətin başqa cür olacağını da düşünürdük. Lakin daha çox müdafiədə oynamaqla qol buraxmamağa çalışırdıq. Heç-heçə bizim üçün yaxşı nəticədir.

Azarkeşlərimiz burada olmasa da, onların bizi dəstəklədiklərini bilirdik. Bu gün də meydançanın dolu olması futbolçularımızı bir az narahat edirdi. Lakin cavab oyununda azarkeşlərimiz olacaq.

Komandada dəyişikliklər ediləcək. Cavab oyunundan çox ümidliyik”.

Shares: