“Sabah” və “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 2-ci turundakı matçları təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Azərbaycanı UEFA Çempionlar Liqasında və UEFA Konfrans Liqasında təmsil edən “Sabah” və “Qarabağ” klublarının rəsmi müraciətlərini, onların tur üzrə rəqiblərinin rəsmi razılıq məktublarını nəzərə alan PFL ölkənin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq “Sabah” – “Sumqayıt” və “Qarabağ” – “Kəpəz” oyunlarının təxirə salınması barədə qərar qəbul edib.

Misli Premyer Liqası
2-ci tur

22 avqust

18:30. “Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu

20:45. “Zirə” – “İmişli”
Zirə İdman Kompleksinin stadionu

23 avqust

18:30. “Turan Tovuz” – “Şamaxı”
Tovuz şəhər stadionu

20:45. “Neftçi” – “Araz-Naxçıvan”
“Palms Sports Arena”

Shares: