Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Turan Tovuz” “Sumqayıt”ı qəbul edəcək. Qarşılaşmanın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Turun son oyunu isə “Qarabağ”la “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu matçı Cavid Cəlilov idarə edəcək.
Daha öncə “Kəpəz” “Şamaxı”ya (1:4) uduzub, “Qəbələ” “İmişli”yə (2:1), “Sabah” “Zirə”yə (5:0), “Neftçi” “Şəfa”ya (4:1) qalib gəlib.
Misli Premyer Liqası
4-cü tur
6 sentyabr
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
Tovuz şəhər stadionu, 18:00.
“Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Munis Abdullayev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:15.

