Rusiya Birinci Liqasında 10-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” doğma meydanda “Pari NN” ilə qarşılaşıb.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyini həll edən yeganə qolu 78-ci dəqiqədə Q.Popolitov rəqib qapısından keçirib.
Şeydayev oyuna əsas heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.
“Soçi” hazırda 19 xalla 3-cü pillədə qərarlaşıb.

