Dünya futbolu

“Mançester Siti”dən Səudiyyə Ərəbistanına

Mehemməd Sanqare - Futbolinfo.az

Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubu “Mançester Siti”nin hücumçusu Məhəmməd Sanqare ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, klub 19 yaşlı futbolçunun transferini rəsmi şəkildə açıqlayıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2029-cu ilin iyununa qədər nəzərdə tutulub. Transferin maliyyə detalları açıqlanmayıb.

“Mançester Siti” Fransanın aşağı yaş qrupları üzrə millisinin üzvünü təxminən 1 milyon dollara satıb.

Sanqare “Mançester Siti”yə ötən ilin yayında PSJ-dən azad agent kimi keçmişdi. Hücumçu “şəhərlilər”in əsas komandasında heç bir oyunda iştirak etməyib.

Shares: