Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filipp Cuda ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, AMF rəhbəri bu barədə X platformasında yazıb.
O, minifutbolun inkişafı, qarşıdakı layihələr və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını vurğulayıb:
“Minifutbolumuzun beynəlxalq arenada mövqeyinin daha da gücləndirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik”.

